Türkmənistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edildi - FOTO 

Türkmənistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edildi - FOTO 

Hazırda oxunan: Türkmənistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edildi - FOTO 

158388

Azərbaycan və Türkmənistan arasında energetika, nəqliyyat, investisiya, ticarət, kənd təsərrüfatı, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı imkanları müzakirə edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovla keçirilən görüşdə aparılıb. Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. 

Vurğulanıb ki, Türkmənistanla qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində hər iki ölkənin rəhbərlərinin siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin önəmli rolu var.
Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında əməkdaşlığın güclənməsi fonunda iqtisadi-ticarət əlaqələri də genişlənir.

Bildirilib ki, ölkələrimizin ortaq fəaliyyəti və iqtisadi sahədə tərəfdaşlığı regionun inkişafına töhfə verir. 

Türkmənistana səfər çərçivəsində M.Cabbarov “Türkmənqaz” Dövlət Konserninin rəhbəri Maksat Babayevlə görüşüb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələrinin də iştirak etdiyi görüşdə energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənməsi, potensial layihələrin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb. 

M.Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Batır Atdayev arasında keçirilən görüşdə ikitərəfli ticarət dövriyyəsinin artırılması, Komissiyanın növbəti iclasının keçirilməsi, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafı imkanları müzakirə olunub. 

Türkmənistana səfər çərçivəsində iqtisadiyyat naziri və bu ölkənin Nazirlər Kabineti sədrinin müavini Batır Amanov iki ölkə arasında enerji sahəsində əlaqələrin inkişaf perspektivləri, birgə layihələrin reallaşdırılması potensialını nəzərdən keçiriblər.
SOCAR-ın nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycan və Türkmənistan arasında energetika sahəsində imzalanan sənədlərin əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə olduğu vurğulanıb. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO