10 minə yaxın şəxs ödənişsiz 4Sİ texnologiyaları üzrə kursa qoşula BİLƏCƏK - FOTO 

10 minə yaxın şəxs ödənişsiz 4Sİ texnologiyaları üzrə kursa qoşula BİLƏCƏK - FOTO 

Hazırda oxunan: 10 minə yaxın şəxs ödənişsiz 4Sİ texnologiyaları üzrə kursa qoşula BİLƏCƏK - FOTO 

152904

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4sim.gov.az) “4Sİ Akademiyası” (Dördüncü Sənaye İnqilabı Akademiyası) layihəsinə start verib. 

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” (tvitter) hesabında yazıb. 

“Layihə çərçivəsində 4Sİ texnologiyaları, o cümlədən süni intellekt, data analitika, blokçeyn, bulud texnologiyaları, proqramlaşdırma dili və digər sahələr üzrə bilik və bacarıqlarını artırmaq istəyən 10 minə yaxın şəxs “Coursera” şirkətinin təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşula biləcək.
Layihə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək”, - nazir qeyd edib. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO