Mikayıl Cabbarov:

Mikayıl Cabbarov: "Sahibkarlar Qarabağ Dirçəliş Fonduna minatəmizləmə maşını ianə edib" - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov: "Sahibkarlar Qarabağ Dirçəliş Fonduna minatəmizləmə maşını ianə edib" - FOTO

152434

Azərbaycan sahibkarları işğaldan azad edilmiş ərazilərin təmizlənməsi üçün Qarabağ Dirçəliş Fonduna minatəmizləmə maşını ianə edib. 

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. 

“Laçın şəhəri günü ölkəmizdə həm də qayğı, mərhəmət və xeyirxahlıqla bağlı olan xüsusi günü təcəssüm etdirir. 

Məhz belə bir tarixdə Azərbaycan istehsalı olan minatəmizləmə maşınının sahibkarlar tərəfindən ianə olaraq işğaldan azad edilmiş ərazilərimizin təmizlənməsi üçün Qarabağ Dirçəliş Fonduna təqdim olunması qürur və sevinc bəxş edir. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik”, - deyə nazir qeyd edib. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO