Rayonda 50 qəpik, Bakıda 2 manat – Moruq niyə ucuzlaşmır?

Hazırda oxunan: Rayonda 50 qəpik, Bakıda 2 manat – Moruq niyə ucuzlaşmır?

151364

Hazırda mövsümü olsa da, moruq qiyməti ucuzlaşmayan məhsullardandır. Paytaxtda kiloqramı 2 manatdan aşağı qiymətə bu meyvəni tapmaq müşkülə çevrilib.

Məsələnin problemli tərəfləri də çoxdur. Belə ki, rayonlarda bu məhsulun qiyməti Bakıdan 4 dəfə ucuz, yəni 50 qəpiyədir. Üstəlik Azərbaycandan xarici ölkələrə də moruq ixrac olunur. 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin Bizim.Media-ya açıqlamasında bildirir ki, alverçilər moruğu rayondan 50 qəpiyə alır gətirir və Bakıda 2 manata, yəni 4 dəfə bahasına satırlar: 
 

MÖVZU İLƏ BAĞLI:

36 ton moruğun Rusiyadan geri qaytarılması məlumatlarına aydınlıq gətirildi - RƏSMİ


“Yalnız moruğun deyil, Azərbaycanda bütün kənd təsərrüfatı məhsullarının istehsal edildiyi rayonla Bakı şəhəri arasında böyük qiymət fərqi var. Əlbəttə, fərq olmalıdır, lakin məhsulun daşınma xərci və bir qədər də bolluğa görə artıq ola bilər. Məsələn moruq dağlıq bölgələrdə boldursa, orda Bakıdan bir qədər ucuz olmağı normaldır. Amma Bakı şəhərindəki qiymətlə rayondakı qiymət arasında fərq kəskin olmamalıdır. Alverçilər fermerin qazandığından 5 dəfə artıq qazanc əldə edir. Fermerin satdığı o 50 qəpiyin ən yaxşı halda 10-20 qəpiyi özunə mənfəət kimi qalır”.

Ekspertin sözlərinə görə ortada olan kəskin fərqi düzəltmək üçün fermerlərin böyük şəhərlərdəki bazara giriş imkanlaırı genişləndirilməlidir:  

“Bütün kənd təsərrüfatı məhsullarının böyük şəhərlərin bazarına birbaşa giriş imkanları zəifdir. Birbaşa giriş imkanları məhdud olduğu üçün fermerlər məcburdurlar ki, məhsulu alverçilərə satsınlar. Onlar da qiyməti müəyyən edir.  Burada əlavə xərcləri də nəzərə almaq lazımdır. Amma onu 4 dəfə artıq  qiymətə satan alverçi daha çox qazanır. Ona görə Böyük şəhərlərdə yarmarkalar təşkil olunmalıdır. Belə halda ölkə şəhərləri ilə rayonlar arasında qiymət fərqi aradan qalxa bilər”

İqtisadçı ekspert Rəşad Hüseyn də qiymətlər arasındakı uçuruma başlıca səbəb kimi logistik problemləri göstərib:

“Ümumiyyətlə kənd təsərrüfatı məhsulları mövsümə uyğun olaraq fərqli qiymətə ola bilər. Sahibkar xaricdən təklif aldıqda isə onun üçün daha əlverişli olduğunu hesab edir. Buna görə də öz məhsulunu xaricə ixrac edir. Kənd təsərrüfatı məhsullarında bu cür hallar çox qeydə alınır. Yəni sahibkar daxili bazar təmin edilməsə belə xaricdən sərfəli təklifi qəbul edir. 

Mövsüm bitdikdən sonra isə mövsümi vaxtdakı qədər məhsul istehsal edə bilmir və artıq daxili bazarda tələb yaranır. Növbəti dəfə daxili bazar təmin olunmayanda digər idxalçı şirkətlər bazarda tələbi görərək xüsusi marketinq mexanizmi ilə araşdırma aparırlar. Bununla da idxal etmək daha sərfəli hesab olunur”.

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO