Rusiyada neft satışından daha çox gəlir əldə etməyin yolları axtarılır

Rusiyada neft satışından daha çox gəlir əldə etməyin yolları axtarılır

Hazırda oxunan: Rusiyada neft satışından daha çox gəlir əldə etməyin yolları axtarılır

143384

Rusiya Maliyyə Nazirliyi büdcəyə daha çox gəlir əldə etməyə imkan verəcək yeni formulun axtarışına başlayıb. Belə ki, hazırda neftin ixrac satışından vergilərin toplanaraq dövlət büdcəsinə yönləndirilməsi üçün yeni qaydaların tətbiqi müzakirə edilir. 

Bizim.Media Rusiyanın “Vedomosti” nəşrinə istinadən xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Aleksey Sazanov məlumat verib.

Onun sözlərinə görə, birinci variant, “Brent” markalı benzinə maksimal endirimin bir barel üçün 25 dollardan 20 dollara endirilməsi ilə bağlıdır.

Endirimin iyulun ikinci yarısında qüvvəyə minəcəyini söyləyən nazir müavini qeyd edib ki, ikinci yol “Dubai” çeşidinin kotirovkasına keçid ola bilər: 

“Maliyyə Nazirliyi payızda neft şirkətləri və ya Energetika Nazirliyi ilə birlikdə onun müzakirəsinə başlaya bilər və buna hazırdır. Lakin aydındır ki, bu halda endirim daha az olmalıdır, yəni “Brent” markasına 25 dollar əvəzinə 20-21 dollar, “Dubai” markasına isə 20 dollar əvəzinə 15-16 dollar ödənilməlidir. Əgər “Dubai” kotirovkasına keçilsə, büdcə gəlirləri azalacaq”. 

O, qeyd edib ki, ikinci variant mənaca daha düzgün, lakin daha mürəkkəb görünür. 

Xatırladaq ki, bir müddət əvvəl energetika naziri Nikolay Şulqinov Rusiya neftinə faktiki endirimin bir barel üçün 20 dollara yaxın olduğunu iddia etmişdi. 

Ekspertlər isə bildirirlər ki, dünya bazarında neftin qiyməti kəskin artarsa, Rusiya neftinin enməsi ilə bağlı gözləntilər də artacaq. Çünki,  neftə orta qiymət tətbiq olunduğu gündən bir barel  60 dolları  keçməyib.
2023-cü ilin ilk beş ayının yekunlarına əsasən, federal büdcənin neft və qaz gəlirlərinin həcmi iki dəfə azalaraq 2,853 trilyon rubl təşkil edib. “Urals” nefti apreldə maksimum orta qiymətinə çatıb, lakin may ayında bir barel 53,34 dollara düşüb.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO