“Azəri-Çıraq-Günəşli”dən hasil edilən qazın HƏCMİ  

“Azəri-Çıraq-Günəşli”dən hasil edilən qazın HƏCMİ  

Hazırda oxunan: “Azəri-Çıraq-Günəşli”dən hasil edilən qazın HƏCMİ  
140031
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda işlənməyə başladıqdan 2023-cü il mayın 1-dək 207,8 milyard kubmetr qaz hasil olunub. 

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bu müddət ərzində "Çıraq" yatağında hasilatın ümumi həcmi 30,4 milyard kubmetr, "Azəri" və "Dərinsulu Günəşli" yataqlarında isə müvafiq olaraq 160 milyard kubmetr və 17,4 milyard kubmetr olub. 

Layihənin operatoru olan bp-nin son məlumatlarına əsasən, 2023-cü ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasilatın ümumi həcmi 2022-ci ilin birinci rübündəki gündəlik 434 000 barellə müqayisədə gündə orta hesabla 386 000 barel olub. 

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%). 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO