Türkiyənin məşhur şirkəti Azərbaycanda – FOTO/VİDEO

Türkiyənin məşhur şirkəti Azərbaycanda – FOTO/VİDEO

Hazırda oxunan: Türkiyənin məşhur şirkəti Azərbaycanda – FOTO/VİDEO
116347
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin məşhur “Atış” Şirkətlər Qrupu Bakıda fəalliyyətə başlayır. 

Bizim.Media xəbər verir ki, 17 ildir inşaat, turizm, mədəniyyət, səhiyyə, daşınmaz əmlak və digər sektorlarda uğur qazanan şirkətin rəhbər heyəti Bakıya təşrif buyurub.

5 qitənin 14 ölkəsində layihələr icra edən şirkət paytaxtımızda tanışlıq və təqdimat gecəsi keçirib. 

İş adamları və investorların bir araya gəldiyi Türkiyə-Azərbaycan dostluq gecəsi şəhidlərin ruhunun bir dəqiqəlik sükutu və dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Daha sonra tədbirdə söz alan şirkət nümayəndələri gələcəkdə həyata keçiriləcək layihələrdən söz açaraq Azərbaycanda uğurlu işlər görəcəklərinə inandıqlarını bildiriblər.

“Atış Yapı Group”un rəhbəri Ahmet Atış 2023-cü ilin ilk tədbirini Azərbaycanda keçirdiklərini bildirərək, ölkəmizin investisiya imkanlarını yüksək qiymətləndirib. 

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının və millət vəkili Qənirə Paşayevanın da iştirak etdiyi işgüzar tədbirin rəsmi hissəsindən sonra bədii hissəsi başlayıb. Əməkdar artist Şəhriyar İmanovun ifası tədbir iştirakçılarına unudulmaz dəqiqələr yaşadıb.

Bizim.Media
 



Türkiyənin məşhur şirkəti Azərbaycanda – FOTO/VİDEO - foto 1
Türkiyənin məşhur şirkəti Azərbaycanda – FOTO/VİDEO - foto 2
Türkiyənin məşhur şirkəti Azərbaycanda – FOTO/VİDEO - foto 3
Türkiyənin məşhur şirkəti Azərbaycanda – FOTO/VİDEO - foto 4
Türkiyənin məşhur şirkəti Azərbaycanda – FOTO/VİDEO - foto 5
Türkiyənin məşhur şirkəti Azərbaycanda – FOTO/VİDEO - foto 6
Türkiyənin məşhur şirkəti Azərbaycanda – FOTO/VİDEO - foto 7
Türkiyənin məşhur şirkəti Azərbaycanda – FOTO/VİDEO - foto 8
Türkiyənin məşhur şirkəti Azərbaycanda – FOTO/VİDEO - foto 9
Türkiyənin məşhur şirkəti Azərbaycanda – FOTO/VİDEO - foto 10
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO