Azərbaycanda bu il iqtisadi artım 10 illik göstəricidən daha yüksək olacaq

Azərbaycanda bu il iqtisadi artım 10 illik göstəricidən daha yüksək olacaq

Hazırda oxunan: Azərbaycanda bu il iqtisadi artım 10 illik göstəricidən daha yüksək olacaq
114399
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Fitch Solutions” beynəlxalq reytinq agentliyi 2023-cü ildə Azərbaycanın iqtisadi artımın 3,7%-ə qədər yavaşlayacağını proqnozlaşdırıb.

Bu barədə Bizim.Media beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

Agentlik hesab edir ki, 2023-cü ildə neft və qaz qiymətlərinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatının 50,0%-dən çoxunu təşkil edən ölkənin enerji sektoruna ağır təsir göstərə bilər.

"Bununla belə, əsas kapitalın formalaşması 2023-cü ildə və ondan sonrakı illərdə artıma daha çox töhfə verəcək, çünki Azərbaycanın enerji ixracatına Avropa tələbatı artdıqca, potensialın artırılmasına investisiya tələb olunur”- “Fitch Solutions” qeyd edib.
“Fitch Solutions” həmçinin, Azərbaycan iqtisadiyyatının 2023-cü ildə artım baxımından 2011-2021-ci illər arasında qeydə alınmış 1,3%-lik tarixi on illik orta göstəriciyə nisbətən daha yüksək performans göstərəcəyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO