"Qarabağ" ilk oyunda "Sürix"ə qalib gəldi - VİDEO

Hazırda oxunan: "Qarabağ" ilk oyunda "Sürix"ə qalib gəldi - VİDEO
84521
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsində İsveçrənin "Sürix"i klubu ilk oyununa çıxıb. 

Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matç "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 27-si İsveçrədə olacaq.

Cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün zəifi ilə görüşəcək.

Qol: Kadi, 17 (1:0), İbrahima Vadji, 36 (2:0), Lindrit Kamberi, 65 (2:1), İbrahima Vadji, 66 (3:1), Mirlind Kryeziu, 85-pen. (3:2)

Bizim.Media
 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO