Ronaldo “Mançester Yunayted”də qalır

Ronaldo “Mançester Yunayted”də qalır

Hazırda oxunan: Ronaldo “Mançester Yunayted”də qalır
80912
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kriştiano Ronaldo yeni mövsümü “Mançester Yunayted”də keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Sky Sports” telekanalı məlumat yayıb. 37 yaşlı futbolçunun “Bavariya”ya keçəcəyinə dair xəbərlərin həqiqətəuyğun olmadığı da bildirilib.

Məlumata görə, bu günlərdə portuqaliyalı hücumçu “Mançester Yunayted”in düşərgəsinə qayıdaraq yeni mövsümün hazırlığına başlayacaq. Qeyd edilir ki, onun yeni baş məşqçi Erik ter Haqın transfer siyasətindən narazı olması barədə xəbərlər şişirdilib.

Xatırladaq ki, Ronaldo 2021-ci ilin yayında “Mançester Yunayted”ə qayıdıb. Onun klubla müqaviləsinin müddəti 2023-cü ilin iyununda başa çatır. 

Əlavə edək ki, “Bavariya” klubu da Ronaldonu transfer etmək istədiklərinə dair məlumatları təkzib edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO