Güləşçilərimiz “Çempionlar” turnirində qatılacaq - HEYƏTLƏR

Güləşçilərimiz “Çempionlar” turnirində qatılacaq - HEYƏTLƏR

Hazırda oxunan: Güləşçilərimiz “Çempionlar” turnirində qatılacaq - HEYƏTLƏR
71789
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yunan-Roma, sərbəst və qadın güləşi üzrə U-20 yığmalarımız ölkə xaricində təlim-məşq toplanışı keçir.

Bizim.Media xəbər verir ki, hər üç komandamız aprelin 26-dan Türkiyədə hazırlıq prosesinə start verib.

İki həftəlik toplanış iyunun 27-dən iyulun 3-dək İtaliyanın paytaxtı Romada təşkil olunacaq U-20 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Yunan-Roma güləşçilərimiz böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Boluda hazırlıq keçir. Heyətdə 15 idmançı yer alıb.

Sərbəst güləşçilərimiz böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında İstanbulda məşqləri davam etdirir. Heyətdə 13 idmançı yer alıb.

Qadın güləşçilərimiz isə böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Niğdədə toplanış keçir. Heyətdə 9 idmançı yer alıb.

Qeyd edək ki, Türkiyə milliləri ilə ortaq keçirilən təlim-məşq toplanışı yekunlaşdıqdan sonra yığmalarımız mayın 13-dən 15-dək Antalyada baş tutacaq “Çempionlar” turnirində çıxış edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO