Güləşçilərimiz Rusiyada çempion oldular - FOTO

Güləşçilərimiz Rusiyada çempion oldular - FOTO

Hazırda oxunan: Güləşçilərimiz Rusiyada çempion oldular - FOTO

641841

10-11 oktyabrda Rusiyanın Vladiqafqaz şəhərində olimpiya çempionu David Musulbesin şərəfinə sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Güləş Federasiyasından bildirilib.

 

Məlumata görə, ənənəvi yarışda 16 yaşadək güləşçilər mübarizə aparıb. 15 ölkədən 300-dən artıq yeniyetmənin çıxış etdiyi turnirdə ölkəmizi U15 milli komandanın böyük məşqçisi Emin Əzizov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında təmsil edən güləşçilərdən ikisi uğurlu çıxış edib.

 

Avropa çempionu Elvin Necəfzadə 85 kq-da bütün rəqiblərinə tam üstünlüklə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avropa mükafatçısı Cavanşir Süleymanov isə 44 kq-da eyni uğura imza atıb.

Qeyd edək ki, turnirdə III dərəcəli beynəlxalq hakim Nihad Muradov ədaləti qoruyub.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO