Tahir Gözel:

Tahir Gözel: "Səhvlərimizdən dərs alacağıq, Qarabağ doğru yoldadır"

Hazırda oxunan: Tahir Gözel: "Səhvlərimizdən dərs alacağıq, Qarabağ doğru yoldadır"
633469
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Alınmadı, futboldur bu. Səhvlərimizdən dərs alacağıq. Gözəl transferlərimiz var. Gələcəkdə daha da böyüyəcəyimizə şübhə etmirəm. “Qarabağ” doğru yoldadır”.

Bizim.Media Qol.az-a istinadla xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun prezidenti Tahir Gözel UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.

O, yollarına davam edəcəklərini bildirib:

“Tvente” ilə mübarizədən qalib ayrılmağı çox arzulayırdıq. Lakin iki dəqiqə çatmadı. Dözsəydik, tam başqa nəticə olacaqdı. Qismət deyilmiş. Amma biz ürəyimizlə yolumuza davam edəcəyik”.

“Gözləmək olar ki, “Qarabağ”ın qayıdışı daha güclü olacaq?” sualını T.Gözel belə cavablandırıb:

“Əlbəttə. Yeni transferlərimiz möhtəşəm futbolçulardır. Mən hesab edirəm ki, uyğunlaşma üçün bir qədər vaxt lazımdır. Önümüzdə çempionat var. İki yeni transferi açıqladıq. Tarixdə bu qədər güclü “Qarabağ” olmayıb. Amma təəssüf ki, bir qədər vaxtımız çatmadı”.

Klub rəhbəri artıq avrokubokları unutmalı olduqlarını söyləyib:

“Həyatda beş dəqiqə sonra olacaqlar xəyaldır. Qarşımızda hədəf var. Mənim ürəyimdə böyük bir eşq var və biz bu yola davam edəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO