UEFA Çempionlar Liqası:

UEFA Çempionlar Liqası: "Sabah"ın Liqa mərhələsində rəqibləri bu gün müəyyənləşəcək

Hazırda oxunan: UEFA Çempionlar Liqası: "Sabah"ın Liqa mərhələsində rəqibləri bu gün müəyyənləşəcək
633279
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsində Azərbaycan çempionu "Sabah"ın rəqibləri bu gün bilinəcək.

Bizim.Media xəbər verir ki, püşkatma mərasimi Monakoda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Püşkatmadan əvvəl yarışda iştirak edəcək 36 komandanın yer aldığı səbətlərin tərkibi müəyyənləşib. Valdas Dambrauskasın rəhbərlik etdiyi "Sabah" 4-cü səbətdə yer alıb.

1-ci səbət: PSJ (Fransa), "Bavariya" (Almaniya), "Real", "Barselona", "Atletiko" (hamısı İspaniya), "Liverpul", "Arsenal", "Mançester Siti" (hamısı İngiltərə), "İnter" (İtaliya).

2-ci səbət: "Borussiya" (Dortmund, Almaniya), "Roma" (İtaliya), "Sportinq", "Portu" (hər ikisi Portuqaliya), "Mançester Yunayted", "Aston Villa" (hər ikisi İngiltərə), "Brügge" (Belçika), "Betis" (İspaniya), PSV (Niderland).

3-cü səbət: "Feyenoord" (Niderland), "Lill" (Fransa), "Budyo-Qlimt" (Norveç), "Napoli" (İtaliya), "Leyptsiq" (Almaniya), "Vilyarreal" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Qalatasaray", "Fənərbağça" (hər ikisi Türkiyə).

4-cü səbət: "Slaviya" (Çexiya), "Slovan" (Slovakiya), "Ştutqart" (Almaniya), AEK (Yunanıstan), LASK (Avstriya), "Komo" (İtaliya), "Lans" (Fransa), "Vikinq" (Norveç), "Sabah" (Azərbaycan).

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyunları 2026-cı il sentyabrın 8-dən 2027-ci il yanvarın 27-dək keçiriləcək.

Turnirin final matçı isə 2027-ci il iyunun 5-də Madriddə təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO