“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Hazırda oxunan: “Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

625095

"Borussiya" ilə müqaviləsi başa çatan Yulian Brandt karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Beşiktaş" almaniyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
 

İstanbul nəhənginin baş məşqçisi Vinçentso İtalyano Brandtı komandasında görmək istəyir. "Beşiktaş" azad agent statusunda olan 30 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə danışıqlara başlayıb.


Qeyd edək ki, Almaniya milli komandasının üzvü olan Yulian Brandt 2025/26 mövsümündə "Borussiya"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 41 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO