Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!

Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!

Hazırda oxunan: Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!

623202

DÇ-2026-nın 1/8 finalında keçiriləcək İngiltərə - Meksika oyununun biletlərinin qiyməti kəskin bahalaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
 
Mənbənin bildirdiyinə görə, İngiltərə azarkeşlərinin əvvəlcədən aldığı biletlər FIFA-nın rəsmi satış portalında dəfələrlə baha qiymətə yenidən satışa çıxarılıb.
 
Nominal qiyməti 605 dollar (460 funt sterlinq) olan ən bahalı biletlər hazırda 30 min dollara (22 800 funt sterlinq) təklif edilir. Alıcı üçün nəzərdə tutulan FIFA-nın 15 faizlik komissiyası əlavə edildikdə isə bir biletin qiyməti 34 500 dollara (26 220 funt sterlinq) çatır. Bu, ilkin qiymətdən 57 dəfə çoxdur.
 
Nominal dəyəri 295 dollar (224 funt sterlinq) olan ən ucuz biletlər isə hazırda 3448 dollara (2620 funt sterlinq) satılır. Bu da ilkin qiymətdən təxminən 12 dəfə bahadır.
 
BBC qeyd edir ki, son üç gündə bu matçın biletlərinin qiyməti daha 33 faiz artıb. Halbuki, pley-off mərhələsinin digər görüşlərinə biletlərin qiymətində ucuzlaşma müşahidə olunur.
 
Qeyd edək ki, Meksika - İngiltərə görüşü iyulun 6-da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO