Fransa klubunun baş məşqçisi oruc tutan futbolçunu heyətdən kənarlaşdırıb

Fransa klubunun baş məşqçisi oruc tutan futbolçunu heyətdən kənarlaşdırıb

Hazırda oxunan: Fransa klubunun baş məşqçisi oruc tutan futbolçunu heyətdən kənarlaşdırıb

619870
Fransanın “Nant” klubunun futbolçusu Jauen Adjam ölkə çempionatının XXIX turunda “Reyms”ə qarşı oynamayıb.
 
Buna onun oruc tutması səbəb olub. Komandanın baş məşqçisi Antuan Kombuare əlcəzairli müdafiəçidən orucunu açmasını istəsə də, o, bundan imtina edib. Bundan sonra çalışdırıcı sol cinah oyunçusunu matçın heyətinə daxil etməyib.
 
Kombuare məşq günləri futbolçuların oruc tutmasına etiraz etmədiyini, hətta onları ağır məşqlərdən azad etdiyini bildirib. Lakin o, oyun günü komanda üzvlərinin oruclu olmasının qəti əleyhinədir.
 
Daha əvvəl Fransa Futbol Federasiyası futbolçuların oyun vaxtı oruclarını açmaları ilə bağlı təklifi qəbul etməyib.
 
Mənbə: sportbible.com
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO