Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

Hazırda oxunan: Qızıl və gümüş ucuzlaşdı
613798
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nyu-York Əmtəə Birjasının bölməsi olan "Comex" platformasında 2026-cı ilin iyun ayında tədarük ediləcək qızıl füçersinin dəyəri 30 mart 2026-cı ildən bu yana ilk dəfə olaraq bir troya unsiyası üçün 4 500 dollardan aşağı düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə ticarət platformasının məlumatlarında qeyd olunub.

Bakı vaxtı ilə saat 05:02-yə olan göstəricilərə əsasən, qızılın qiyməti 1.43% ucuzlaşaraq bir troya unsiyası üçün 4 496.7 dollar təşkil edib.

Saat 05:12-də fyuçers eniş tempini yavaşladaraq bir unsiya üçün 4 507 dollar (-1.2%) səviyyəsində qərarlaşıb. Saat 06:20-yə olan vəziyyətə görə isə, "Comex"də 2026-cı ilin iyununda çatdırılmalı olan qızıl füçersinin dəyəri 0.57% azalaraq bir troya unsiyası üçün 4 536 dollara bərabər olub.
 

Eyni zamanda, gümüş füçersinin qiyməti də 5 may 2026-cı ildən bəri ilk dəfə olaraq bir troya unsiyası üçün 75 dollardan aşağı enib. Saat 04:34-ə olan məlumatlara görə, gümüşün dəyəri 3.66% geriləyərək bir troya unsiyası üçün 74.7 dollara düşüb.


Saat 04:44-ə qədər ucuzlaşma sürətlənib və gümüşün bir troya unsiyası 74.33 dollardan (-4.14%) ticarət edilib. Saat 06:20-də gümüşün qiymətindəki eniş yavaşlayıb və o, bir troya unsiyası üçün 75.41 dollar (-2.93%) səviyyəsində ticarət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO