“İmişli”nin baş məşqçisi komandadan AYRILIR?

“İmişli”nin baş məşqçisi komandadan AYRILIR?

Hazırda oxunan: “İmişli”nin baş məşqçisi komandadan AYRILIR?

607692

“İmişli” mövsüm sonunda baş məşqçisi Jorj Kaşkilya ilə yollarını ayıra bilər.

Bizim.Media xəbər verir ki, buna səbəb portuqaliyalı mütəxəssis və klub arasında olan müqavilə müddətinin yayda başa çatmasıdır. 
 

Buna baxmayaraq, Kaşkilya karyerasını Azərbaycanda davam etdirə bilər. Belə ki, cari mövsümdə “İmişli” ilə göstərdiyi nəticələr səbəbindən portuqaliyalı yerli klubların diqqətini cəlb etməyi bacarıb.


İkinci altılıqda qərarlaşan klublardan bir neçəsi yeni mövsüm Kaşkilyanı komandasında görmək istəyir.

Qeyd edək ki, Jorj Kaşkilya 2025-ci ilin yayında “İmişli”nin baş məşqçisi təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO