“Barselona” Fliklə razılığa gəldi

“Barselona” Fliklə razılığa gəldi

Hazırda oxunan: “Barselona” Fliklə razılığa gəldi

607550

"Barselona" baş məşqçi Hans-Diter Flikin müqaviləsinin müddətini uzatmağa yaxındır.

Bizim.Media xəbər verir ki, La Liqa nəhəngi almaniyalı mütəxəssislə şifahi razılıq əldə edib. Bu barədə "Catalunya Radio" məlumat yayıb.
 

Flikin klubla sözləşməsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Tərəflər anlaşmanı daha 1 il müddətinə uzadacaqlar.


Qeyd edək ki, Hans-Diter Flik 2024-cü ilin yayında "Barselona"nın baş məşqçisi vəzifəsinə təyin olunub.

Kataloniya təmsilçisi 61 yaşlı çalışdırıcının rəhbərliyi altında iki dəfə İspaniya Super Kubokunu, eləcə də bir dəfə İspaniya Kubokunu və La Liqanı qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO