Millimiz Şimali Makedoniya ilə qarşılaşacaq

Millimiz Şimali Makedoniya ilə qarşılaşacaq

Hazırda oxunan: Millimiz Şimali Makedoniya ilə qarşılaşacaq
582977
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyuna çıxacaq.

Bizim.Media xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
 

Əlverişsiz hava şəraiti və "Mladost" stadionunun meydançasının yararsız vəziyyətdə olması ilə əlaqədar noyabrın 28-dən bugünkü tarixə təxirə salınan görüş Bakı vaxtı ilə saat 13:30-da başlanacaq.


Qoran Pandev Məşq Kompleksində keçiriləcək qarşılaşmanı Litvadan olan baş hakim idarə edəcək.

Qeyd edək ki, U-19 ilk matçında sloveniyalı həmyaşıdlarına 0:2 hesabı ilə uduzmuşdular.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO