
- A-
- A
- A+
İdman
07:28 / 18.11.2025
1 dəq oxunma
“Liverpul”dan Konate üçün SON ADDIM
Hazırda oxunan: “Liverpul”dan Konate üçün SON ADDIM
581102
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Liverpul” fransalı müdafiəçisi İbrahima Konateyə müqavilənin uzadılması ilə bağlı son təklifini göndərib.
Bizim.Media xəbər verir ki, bu haqda “Sky Sport” məlumat yayıb.
26 yaşlı futbolçunun klubla hazırkı anlaşması 2026-cı ilin yayına qədərdir.
Konate yeni şərtləri qəbul edəcəyi halda “Liverpul”un ən yüksək maaş alan futbolçusuna çevriləcək.
Klub rəhbərliyi təklifin kifayət qədər sərfəli olduğunu düşünür və oyunçudan yaxın həftələrdə cavab gözləyir.
Bildirilib ki, Konate hələ yekun qərarını verməyib. Qeyd olunur ki, o, ya “Liverpul”da qalacaq, ya da azad agent kimi “Real”a keçəcək.
Qeyd edək ki, Konate cari mövsüm “mersisaydlılar”la 15 matça çıxıb. O, 2021/2022 mövsümündən “Liverpul”un formasını geyinir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































