
- A-
- A
- A+
İdman
08:02 / 16.11.2025
1 dəq oxunma
Futbol millimiz Bakıda Fransanı sınağa ÇƏKƏCƏK
Hazırda oxunan: Futbol millimiz Bakıda Fransanı sınağa ÇƏKƏCƏK
580790
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Futbol üzrə milli komandamız 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin son oyununda doğma meydanda Fransa yığması ilə üz-üzə gələcək.
Bizim.Media xəbər verir ki, görüş saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oyunun baş hakimi Andris Treymanis olacaq. Ona Haralds Qudermanis və Aleksey Spasennikovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitaliys Spasennikovs yerinə yetirəcək.
VAR-da Kley Ruperti, AVAR-da isə onun həmyerlisi Kristaps Ratnieks yer alacaq.
Qeyd edək ki, milli komandamız ilk oyunda səfərdə Fransa seçməsinə 0:3 hesabı ilə məğlub olmuşdu.
16 noyabr
DÇ-2026 seçmə mərhələsi
Saat 21:00, Azərbaycan - Fransa.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































