Azərbaycan-Fransa matçına nə qədər bilet SATILIB?

Azərbaycan-Fransa matçına nə qədər bilet SATILIB?

Hazırda oxunan: Azərbaycan-Fransa matçına nə qədər bilet SATILIB?
580719
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yığmamızın Fransa ilə oyununda anşlaq olacaq. DÇ-2026-nın seçmə mərhələsinin son matçına maraq böyükdür.

Bizim.Media xəbər verir ki, dünən axşamadək 26 mindən çox bilet satılıb.

Qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun tutumunun 33 min nəfərə yaxın olduğunu, oyuna təxminən iki gün qaldığını nəzərə alsaq, bütün biletlərin tükənəcəyi gözlənilir. Yuxarıda qeyd edilən rəqəm yalnız satılan biletlərlə bağlıdır.

AFFA tərəfindən fan-klublara və s. biletlər paylandığını nəzərə alsaq, yəqin ki, tribunalar tam dolacaq.
 

Təbii ki, belə diqqət ilk dəfə Azərbaycana gələn Fransa millisinin ulduzlarına görədir. Yığmamızın İslandiya ilə qarşılaşmasında 11 min yerlik 8-ci kilometr stadionunun yarıboş qaldığını nəzərə alsaq, başqa səbəb yoxdur.


Sabah saat 21:00-da başlayacaq matçın biletlərinn qiymətinin 5-200 manat aralığında dəyişdyini də vurğulayaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO