Novak Cokoviç karyerasının 101-ci titulunu qazandı

Novak Cokoviç karyerasının 101-ci titulunu qazandı

Hazırda oxunan: Novak Cokoviç karyerasının 101-ci titulunu qazandı
579644
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Serbiyalı tennisçi Novak Cokoviç Afinada keçirilən ATP turnirinin qalibi olub və karyerasında 101-ci titulu qazanıb.

Bizim.Media xəbər verir ki, məşhur raketka ustası finalda italiyalı peşəkar tennisçi Lorenzo Musettini 2:1 hesabı ilə (4:6, 6:3, 7:5) məğlub edib. İki tennisçi indiyədək 10 dəfə qarşılaşıb. Bu görüşlərdə Cokoviç 9 dəfə qələbə qazanıb.

Qeyd edək ki, 37 yaşlı Novak Cokoviç karyerasında 13 müxtəlif il ərzində rekord sayda - 428 həftə ərzində Peşəkar Tennisçilər Assosiasiyası tərəfindən kişilərin təkbətək yarışlarında dünyada 1-ci yeri tutub, 8 dəfə isə ilin sonunda ilk pillədə qərarlaşıb.

Cokoviç amerikalı Cimmi Konnors (109) və isveçrəli Rocer Federerdən (103) sonra 100-dən çox çox kubok qazanan üçüncü tennisçidir.

 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO