
- A-
- A
- A+
İdman
03:42 / 14.10.2025
1 dəq oxunma
“Yuventus” türk futbolçunun təklifini QƏBUL ETDİ
Hazırda oxunan: “Yuventus” türk futbolçunun təklifini QƏBUL ETDİ
575122
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Yuventus" Avropanın bir çox klubunun transfer siyahısında yer alan Kenan Yıldızla yeni müqavilə imzalamağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, A Seriyası nəhəngi türkiyəli vingerin illik 6 milyon avroluq maaş tələbini qəbul edib. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Turin təmsilçisi yaxın vaxtlarda Türkiyə millisinin üzvü ilə yeni sözləşmə imzalayacaq.
Qeyd edək ki, "Yuventus" Kenan Yıldızı 2022-ci ilin yayında "Bavariya"nın akademiyasından transfer edib. 20 yaşlı futbolçu bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































