"Qarabağ" bu gün "Bazel"lə qarşılaşır - 1/8 final üçün qələbə qazanmalıdır

Hazırda oxunan: "Qarabağ" bu gün "Bazel"lə qarşılaşır - 1/8 final üçün qələbə qazanmalıdır
49767
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı altıncı sınağında İsveçrə "Bazel"inin qonağı olacaq. "Sent Yakob-Park" stadionunda oynanılacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq görüşü xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edəcək. Bu komandalar arasında Bakıdakı oyunda hesab açılmayıb.

Qrupdan çıxması dəqiqləşmiş hər iki kollektiv 1/8 finala birbaşa vəsiqə uğrunda mübarizə aparacaq. Ağdam təmsilçisi qrupu ilk pillədə bitirmək üçün səfərdə mütləq qalib gəlməlidir. Meydan sahiblərini isə heç-heçə də qane edəcək.

"Qarabağ"ın heyətində Bədavi Hüseynov, Xayme Romero və Qaspar Panadero zədə səbəbindən oynamayacaq. Zədəsini yenicə sağaltmış Kevin Medinanın meydana çıxması sual altındadır. "Bazel"in heyətində yeganə itki isə sol cinah müdafiəçisi Andrea Padulanın zədəli olmasıdır.

Bu oyun "köhlən atlar" üçün avrokuboklarda yubiley matçı olacaq. Komanda beynəxalq arenada 140-cı görüşünə çıxacaq.

Qeyd edək ki, bu qrupun digər oyununda Kipr "Omoniya"sı Qazaxıstan "Kayrat"ını qəbul edəcək.

Qrupda xal durumu: "Bazel" - 11, "Qarabağ" - 11, "Omoniya" - 3, "Kayrat" – 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO