Dünya çempionatı: PSJ və “Bavariya”dan böyükhesablı qələbə - VİDEO

Dünya çempionatı: PSJ və “Bavariya”dan böyükhesablı qələbə - VİDEO

Hazırda oxunan: Dünya çempionatı: PSJ və “Bavariya”dan böyükhesablı qələbə - VİDEO
254932
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə klubların dünya çempionatı davam edir. 

Bizim.Media xəbər verir ki, ABŞ-də keçirilən mundialda bu gün B və C qruplarında mübarizə start götürüb.

Əvvəlcə C qrupunda Almaniya çempionu "Bavariya" Okeaniya Çempionlar Liqasının qalibi yarımpeşəkar "Oklend Siti"ni on qolla ağır məğlubiyyətə uğradıb - 10:0. Oyunun 61-ci dəqiqəsində Harri Keyni əvəzləyən Camal Musiala het-trik edib, Kinqsli Koman, Maykl Olise və Tomas Müller hərəyə 2, Saşa Boe isə 1 qol vurublar.

1983-cü ildə UEFA kubokunda "Anortosis"ə (Kipr) 10:0 hesabı ilə qalib gələn "Bavariya" beynəlxalq turnirlərdə ən böyük qələbəsini təkrarlamış olub.
 

B qrupunda isə UEFA Çempionlar Liqasının qalibi PSJ də İspaniya üçüncüsü "Atletiko"nu böyük hesabla məğlub edib - 4:0. Bu komandaların 2024/25 mövsümündə Avropanın ən nüfuzlu klub turnirinin liqa mərhələsindəki görüşü Madrid təmsilçisinin səfərdə 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.


Klubların dünya çempionatı

15 iyun

C qrupu

20:00. "Bavariya" (Almaniya) - "Oklend Siti" (Yeni Zelandiya) 10:0

B qrupu

23:00. PSJ (Fransa) - "Atletiko" (İspaniya) 4:0


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO