Türkiyə uddu, Ukrayna uduzdu

Türkiyə uddu, Ukrayna uduzdu

Hazırda oxunan: Türkiyə uddu, Ukrayna uduzdu
253616
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan Ukrayna yığması "Canadian Shield" turnirində ilk oyununu keçirib.

Bizim.Media  xəbər verir ki, rəqib yerli komanda olub.

Görüş Kanadanın qələbəsi ilə yekunlaşıb - 4:2.

Meydan sahiblərinin ilk 2 qolunu 4-cü və 24-cü dəqiqələrdə Conatan Devid vurub. 31-ci dəqiqədə Promis Devid, 82-ci dəqiqədə isə Teycon Bükenen fərqlənib. Ukraynanın qollarını İlya Zabarnı 89-cu, Aleksandr Zinçenko 11 metrlik cərimə zərbəsi ilə 90+2-ci dəqiqədə vurub.

Türkiyə millisi isə ABŞ-la səfər qarşılaşmasında 2:1 hesablı əzmkar qələbə qazanıb. Hələ 1-ci dəqiqədə Cem Makqlinnin qolu ilə geri düşən "ay-ulduzlular" Arda Gülərin 24-cü, Kərəm Aktürkoğlunun 27-ci dəqiqədə vurduğu qollarla qalib gəlib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO