16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTO

16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTO

Hazırda oxunan: 16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTO
252367
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanlı yeniyetmə futbolçu Murad Həmidov Almaniya Bundesliqasının “SV Elversberg” klubu ilə anlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə M.Həmidov “Qafqazinfo”ya məlumat verib.

16 yaşlı həmyerlimiz deyir ki, futbola kiçik yaşlarından böyük marağı olub:

“Almaniyaya gələndə ilk məqsədim Bundesliqada oynamaq idi. Çünki bu səviyyəyə çatmaq mənim üçün həm böyük hədəf, həm də məsuliyyət idi. Buraya 14 yaşımda tək gəlmişəm və cəmi bir il yarıma ən yüksək səviyyəyə – U17 Bundesliqaya çatdım”.

Yeniyetmə futbolçu düşünür ki, “SV Elversberg” onun karyerası üçün mühüm rol oynayacaq:

“Klubun məni seçməsi çox önəmlidir. Burada daha çox təcrübə qazanmaq öz üzərimdə işləmək və gələcəkdə daha yüksək səviyyələrə çatmaq istəyirəm. Hədəfim U17-Bundesliqaya damğa vurmaqdır. Bu səviyyəyə çatmaq heç də asan olmayıb bəzən hər gün 5-6 saat məşqlərə gedirdim yorulsam da, dayanmırdım. Bilirdim ki, zəhmətimin qarşılığını bir gün mütləq alacağam”.

O, çıxdığı yolda özünü dəstəkləyənləri də unutmur. Hədəfi isə ölkəmizi Avropada layiqincə təmsil etməkdir:

“Ailəm mənim ən böyük dayağım olub. Onlar həmişə mənə dəstək veriblər. Onlarsız bu yerə gəlmək çox çətin olardı. İstəyirəm ki Azərbaycanı xaricdə ən yaxşı şəkildə təmsil edim. Peşəkar futbolçu olum, Avropanın güclü komandalarında oynayım və bir gün Azərbaycan milli komandasının formasını geyinim. Bunun üçün əlimdən gələni edirəm”.

Qeyd edək ki, U17 Bundesliqa Almaniyada bu yaş qrupu üzrə ən yüksək liqadır. Burada yalnız seçilmiş ən güclü 20-30 komanda oynayır.

16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO