Çempionlar Liqası: "Barselona" “Borussiya Dortmund”u darmadağın etdi – VİDEO

Çempionlar Liqası: "Barselona" “Borussiya Dortmund”u darmadağın etdi – VİDEO

Hazırda oxunan: Çempionlar Liqası: "Barselona" “Borussiya Dortmund”u darmadağın etdi – VİDEO
243307
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.

Bizim.Media xəbər verir ki, son oyun günündə də iki qarşılaşma keçirilib.

İspaniya “Barselona”sı doğma meydanda Almaniyanın “Borussiya Dortmund” klubunu darmadağın edib - 4:0. Qolları Rafinya, Robert Levandovski (2) və Lamin Yamal vurublar.

Digər oyunda isə Fransa PSJ-si İngiltərənin “Aston Villa” komandasını sınağa çəkib. Paris təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində Dezire Due, Xviça Kvaratsxeliya və Nunu Mendeş fərqləniblər. Qonaqların qoluna isə Morqan Rocers imza atıb.

Qeyd edək ki, bu raundun əvvəlki matçlarında İspaniya “Real Madrid”i İngiltərədə “Arsenal”a 0:3, Almaniya “Bavariya”sı isə evdə İtaliya “İnter”inə 1:2 hesabı ilə uduzub. Cavab görüşləri aprelin 15-16-da təşkil olunacaq.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO