"Ferrari" pilotu Bakıda törətdiyi qəzadan danışdı - VİDEO

Hazırda oxunan: "Ferrari" pilotu Bakıda törətdiyi qəzadan danışdı - VİDEO
23595
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Ferrari" pilotu Şarl Lekler "Formula 1" üzrə Azərbaycan Qran-prisində törətdiyi qəzadan danışıb.

Bizim.Media xəbər verir ki,  24 yaşlı sürücü sərbəst yürüşlərdə tempin ümidverici olduğunu bildirib.

O, yarışın növbəti günündə rəqabətə davamlı olmaq üçün çalışacaqlarını söyləyib:

"Boliddə özümü rahat hiss edirdim. Yəqin ki, əyləc baxımından hər şeyin çox rahat olduğunu düşündüm. Nəticədə 15-ci döngədə qəza baş verdi. Qran-prinin ikinci günündə hansı nəticənin qeydə alınacağını isə birlikdə görəcəyik".

Qeyd edək ki, Şarl Lekler iyunun 4-də ikinci sərbəst yürüşdə təhlükəsizlik maneəsinə çırpılıb. Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Bu gün "Formula-2"də sprint yarışları, həmçinin "Formula-1"də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO