Benzia da “Qarabağ”dan GEDİR?

Benzia da “Qarabağ”dan GEDİR?

Hazırda oxunan: Benzia da “Qarabağ”dan GEDİR?
232640
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Braziliyalı hücumçu Olavio Juninyonun gedişindən sonra ön xətdə zəifləyən “Qarabağ” daha bir aparıcı futbolçusunu itirmək təhlükəsi ilə üzləşib. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, əlcəzairli legioner Yassin Benzia karyerasını Qətərdə davam etdirməyə yaxındır. 

“Umm Salal” rəhbərliyi 30 yaşlı futbolçunun transferində maraqlıdır. 
 

Benzianın nümayəndələri ilə danışıqlara start verən asiyalılar onunla razılaşmanı yaxın günlərdə əldə etmək niyyətindədir. Qətər təmsilçisi Yassinlə anlaşma əldə etdikdən sonra “Qarabağ”la danışıqlara start verəcək. Ağdam təmsilçisi müqaviləsi yayda başa çatacaq Benzianın azad agent kimi getməsini istəmədiyi üçün onu satmağa razılaşacağı gözlənilir. 


Qeyd edək ki, 2023-cü ilin yayından “Qarabağ”da çıxış edən əlcəzairli 84 oyunda 22 qol və 23 assistə imza atıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO