Bakıda aerobika gimnastikası üzrə dünya çempionatı başlayır

Bakıda aerobika gimnastikası üzrə dünya çempionatı başlayır

Hazırda oxunan: Bakıda aerobika gimnastikası üzrə dünya çempionatı başlayır
22544
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Bakıda aerobika gimnastikası üzrə Dünya çempionatı start götürəcək.

Bizim.Media-nın məlumatına görə, Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi yarışda 22 ölkədən 171 idmançı qüvvəsini sınayacaq.

3 gün davam edəcək mundialda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək.

Azərbaycanı fərdi proqramda Nurcan Cabbarlı, Vladimir Dolmatov, qarışıq cütlükdə Mədinə Mustafayeva - Vladimir Dolmatov, qrup yarışlarında Vladimir Dolmatov, İmran İmranov, Nərminə Hüseynova, Xoşqədəm Quliyeva, Balaxanım Əhmədova, aerodansda Elçin Məmmədov, İmran İmranov, Nərminə Hüseynova, Nurcan Cabbarlı, Mədinə Mustafayeva, Nigar İbrahimbəyli, Akif Kərimli, Ayxan Əhmədli təmsil edəcək.

Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO