“Mbappe hazırda çətin dövr yaşayır" - Droqba

“Mbappe hazırda çətin dövr yaşayır" - Droqba

Hazırda oxunan: “Mbappe hazırda çətin dövr yaşayır" - Droqba

224068

“Çelsi”nin sabiq hücumçusu Didye Droqba “Real”ın futbolçusu Kilian Mbappenin bu mövsümdəki çıxışı ilə bağlı danışıb.

Bizim.Media “RMC Sport”a istinadən xəbər verir ki, o, fransalı hücumçunun "Real"a uyğunlaşması üçün vaxt lazım olduğunu bildirib:

“Mbappe hazırda çətin dövr yaşayır. O, “Real”a asan uyğunlaşmayıb. Düşünürəm ki, o, bu təcrübədən yararlanacaq. Kilian daha yetkin olacaq. Bu, onun və Fransa millisinin xeyrinə olmalıdır”.


Qeyd edək ki, Mbappe "Real"a bu yay PSJ-dən azad agent kimi keçib. 25 yaşlı forvard bu mövsüm Madrid klubunda 18 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO