Bu gün kişi voleybolçular arasında Yüksək Liqada I tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, ikinci oyun günündə bir matç keçirilib.
Günün yeganə qarşılaşması Sumqayıtda baş tutub. “Xilasedici”ni qəbul edən “Gənclər” məğlubiyyətə üzülüb. Hər 3 seti aktivinə yazan qonaqlar mövsümə qələbə ilə başlayıblar.
Qeyd edək ki, turun ilk günündə “Murov Az Terminal” MOİK-ə 3:0 (25:16, 25:14, 25:12), “Neftçi” - “Azərreyl”ə 3:2 (22:25, 25:22, 19:25, 25:20, 15:13) hesabı ilə qalib gəlib.
Yüksək Liqa (kişilər)
I tur
5 dekabr
16:00. “Gənclər” - “Xilasedici” - 0:3 (12:25, 23:25, 11:25)
Sumqayıt OİK
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:21 / 05.12.2024
Yüksək liqada ilk tura yekun vuruldu
Hazırda oxunan: Yüksək liqada ilk tura yekun vuruldu
Hazırda oxunan: Yüksək liqada ilk tura yekun vuruldu
223926
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.