"Neftçi"nin “Jiquli”si: “Çempion olacağımızı bir ay əvvəl demişdim”

Hazırda oxunan: "Neftçi"nin “Jiquli”si: “Çempion olacağımızı bir ay əvvəl demişdim”

22182

“Bir ay əvvəl demişdim ki, "Neftçi" və "Qarabağ" 1-2-ci yerlər uğrunda oynayacaq. Ağdam təmsilçisi güclü komandadır, səviyyəli oyunçuları var və onlar meydanda özlərini çox sərbəst aparırlar. Amma söyləmişdim ki, buna baxmayaraq, "Neftçi" qələbə qazanacaq, öz adını qaytaracaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri "Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü, XX əsrdə 70-80-ci illərin tanınmış futbolçusu, "Neftçi"nin tarixində xüsusi iz buraxan, "Jiquli" ləqəbiylə tanınan Səməd Qurbanov səsləndirib.

“Bunu da bildirmişdim: futbolçular elə oynamalıdırlar ki, onları meydandan xərəkdə çıxarsınlar. Elə də oldu.

Meydana çıxıb öz sözlərini dedilər, bütün güclərini ortaya qoydular. Mənə elə gəlir ki, növbəti mövsümlərdə də bu komandalar çempionluq uğrunda mübarizə aparacaqlar”, deyə o, qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO