Ferstappen Formula 1 Monako Qran-Prisinin qalibi oldu - Növbəti yarış Bakıdadır

Ferstappen Formula 1 Monako Qran-Prisinin qalibi oldu - Növbəti yarış Bakıdadır

Hazırda oxunan: Ferstappen Formula 1 Monako Qran-Prisinin qalibi oldu - Növbəti yarış Bakıdadır

22140

Mayın 23-də Formula 1 Monako Qran-Prisinin qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, yarışda “Red Bull”un pilotu Maks Ferstappen birinci olub. Karlos Sayns ("Ferrari") yarışı ikinci, Lando Norris (“McLaren”) isə üçüncü pillədə başa vurublar.

M.Ferstappen ilk dəfə Monako Qran-Prisinin qalibi olub. Pilot, həmçinin cari mövsüm ikinci, karyerasında isə 12-ci qələbəsini qazanıb. Formula 1 tarixində ilk dəfə M.Ferstappen pilotların sıralamasında birinci pillədə yer alıb.

Pilotların siyahısına 105 xalla M.Ferstappen başçılıq edir. L.Hamilton 101 xalla ikinci, L.Norris isə 56 xalla üçüncü pillədə qərarlaşıb.

“Red Bull” komandası Konstruktorlar kubokunda birinci pilləyə yüksəlib. Avstriya təmsilçisinin hesabında 149 xal var. İlk üçlüyü "Mercedes" (148 xal) və "McLaren" (80 xal) komandaları tamamlayır.

Növbəti yarış iki həftə sonra – iyunun 4-6-da Bakı şəhər halqasında təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO