Bakıdakı dünya çempionatına gələcək ölkələrin sayı açıqlandı

Bakıdakı dünya çempionatına gələcək ölkələrin sayı açıqlandı

Hazırda oxunan: Bakıdakı dünya çempionatına gələcək ölkələrin sayı açıqlandı
21993
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 27-29-da Bakıda keçiriləcək aerobika gimnastikası üzrə dünya çempionatına qatılacaq ölkələrin sayı açıqlanıb.

Bizim.Media-nın məlumatına görə, ilk dəfə ev sahibliyi edəcəyimiz mundialda 22 ölkədən 171 idmançının iştirakı gözlənilir.

3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək.

Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Azərbaycan yığması isə yarışa 12 idmançı ilə qatılacaq. Komandamızın heyətində Vladimir Dolmatov, Nurjan Cabbarlı, Mədinə Mustafayeva, Emil Quliyev, İmran İmranov, Elçin Məmmədov, Balaxanım Əhmədova, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Ayxan Əhmədli, Nigar İbrahimbəyli və Akif Kərimli yer alacaq. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO