Azərbaycan – Estoniya: Mətbuat konfranslarının vaxtı bəlli oldu

Azərbaycan – Estoniya: Mətbuat konfranslarının vaxtı bəlli oldu

Hazırda oxunan: Azərbaycan – Estoniya: Mətbuat konfranslarının vaxtı bəlli oldu
219902
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Millətlər Liqasının Azərbaycan – Estoniya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı bəlli olub.

Bizim.Media xəbər verir ki, noyabrın 15-dəki tədbirlərin vaxtını AFFA-nın mətbuat xidməti açıqlayıb.
 

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş və futbolçularından birinin iştirak edəcəyi mətbuat konfransı saat 10:45-də başlayacaq. 45 dəqiqə sonra isə yığmamız oyunöncəsi son hazırlığına start verəcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.


Estoniya millisinin baş məşqçisi Yurgen Henn və futbolçusu 16:45-də jurnalistlər önünə çıxacaq. Mətbuat konfransından 45 dəqiqə sonra ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq başlayacaq.

Qeyd edək ki, Azərbaycan – Estoniya matçı noyabrın 16-da, Qəbələ şəhər stadionunda keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO