Tokio Paralimpiya Oyunlarına 100 gün sonra start veriləcək

Tokio Paralimpiya Oyunlarına 100 gün sonra start veriləcək

Hazırda oxunan: Tokio Paralimpiya Oyunlarına 100 gün sonra start veriləcək

21256

Tokio Paralimpuiya Oyunlarının başlamasına 100 gün qalmış təşkilatçılar yarışlar zamanı koronovirus təhlükəsizliyinin təmin olunması üçün var gücləri ilə çalışırlar.

Bizim.Media xəbər verir ki, avqustun 24-də start götürəcək Paralimpiya Oyunlarında dünyanın 180 ölkəsindən və ərazi vahidindən 4400 idmançının iştirakı gözlənilir.

Oyunların təşkilat komitəsindən bildirildiyinə görə, Yaponiyada 80-dən çox idmançı, bütün dünya üzrə isə idmançıların 70 faizdən çoxu bu tədbirə qatılmaq üçün təsnifat mərhələsini keçiblər.

Hazırda Tokioda keçirilən test tədbirlərində təşkilatçılar paraidmançıların yoluxma riskini azaltmaq üçün lazımi işləri həyata keçirməyə çalışırlar.

Buna baxmayaraq, tibb işçiləri də daxil olmaqla bir çox mütəxəssislər Yaponiyada davam edən gərginlik dövründə dünyanın hər yerindən idmançıların ölkəyə gəlişi ilə bağlı narahatlıqlarını bildirirlər.

Oyunların ölkənin səhiyyə sistemi üçün ciddi problemlər yarada biləcəyi barədə xəbərdarlıqlar da səslənir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO