“Beşiktaş” məşhur futbolçu ilə danışıqlara başladı

“Beşiktaş” məşhur futbolçu ilə danışıqlara başladı

Hazırda oxunan: “Beşiktaş” məşhur futbolçu ilə danışıqlara başladı

190554

Yayda "Benfika" ilə müqaviləsi başa çatan Anxel Di Mariya karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Beşiktaş" argentinalı vingeri transfer etmək istəyir.

Bu barədə "TRT Spor" məlumat yayıb. "Qara qartallar" transfer danışıqları aparmaq üçün 36 yaşlı futbolçunun menecerini İstanbula dəvət edib. Lionel Messinin formasını geyindiyi "İnter Mayami" də təcrübəli ön xətt oyunçusu ilə maraqlanır.

Qeyd edək ki, Anxel Di Mariya 2023-cü ilin yayından "Benfika"da çıxış edir. Argentina millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO