«Qarabağ» «Qəbələ»ni 5 dəfə məyus etdi

«Qarabağ» «Qəbələ»ni 5 dəfə məyus etdi

Hazırda oxunan: «Qarabağ» «Qəbələ»ni 5 dəfə məyus etdi

19047

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

İlk oyun "Qəbələ" və "Qarabağ" komandaları arasında olub. Qəbələ şəhər stadionunda keçirilmiş görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 5:0.

Hesabı 64-cü dəqiqədə Xayme Romero açıb. Bundan 4 dəqiqə sonra isə Qara Qarayev fərqi
artırıb. Son üç qolu isə 87-ci, 90-cı və 90+1-ci dəqiqələrdə Mahir Emreli qoyub. Zədədən sonra meydana dönən Emreli bununla da qollarının sayını 16-ya çatdırıb və bombardirlər siyahısında "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərova çatıb.

Lakin o, 90+4-cü dəqiqədə penaltini yerinə yetirə bilməyib. Emrelinin poker istəyinə zərbəni qaytaran "Qəbələ"nin qapıçısı Anar Nəzirov mane olub.

Bu görüşdə həm də "Qarabağ" itki ilə üzləşib. İlk yarıda sarı vərəqə alan yarımmüdafiəçi İsmayıl İbrahimli cəzalı duruma düşüb. Sarı vərəqə limitini aşan 23 yaşlı oyunçu mayın 4-də "Zirə" ilə ev matçını buraxmalı olacaq.

Beləliklə, iki turdan sonra yenidən qələbə qazanan "Qarabağ" xalını 50-yə çatdırıb və ən yaxın izləyicisi "Neftçi"dən 4 xal aralanıb.

Qeyd edək ki, hazırda "Keşlə" - "Səbail" görüşü keçirilir. Saat 19:15-də "Sabah" - "Neftçi", saat 20:00-da isə "Zirə" - "Sumqayıt" matçları start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO