Minifutbol millimiz beynəlxalq turnirin qalibi oldu - FOTO

Minifutbol millimiz beynəlxalq turnirin qalibi oldu - FOTO

Hazırda oxunan: Minifutbol millimiz beynəlxalq turnirin qalibi oldu - FOTO

190005

Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.

Azərbaycan Minifutbol Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yığma həlledici oyununda son dünya çempionu Rumıniya komandası ilə qarşılaşıb.

Görüş seçməmizin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Elşad Quliyevin yetirmələri mükafata sahib çıxıblar.

Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO