"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Hazırda oxunan: "Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

189376

Azərbaycan Premyer Liqasının XXXII turunda bu gün keçiriləcək "Sumqayıt" - "Qarabağ" matçına indiyədək 6 000-ə yaxın bilet satılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Report"a "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib.

Onun sözlərinə görə, qalan biletlər 2 manatlıq sektorlara aiddir:

"Saat 12:00-dan sonra kassa açılacaq və qarşılaşmanın start fitinədək fəaliyyətdə olacaq. Düşünürəm ki, bu müddətdə də bütün biletləri sata bilərik. Satışda təxninən 2 minədək bilet qalıb".
Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" matçı aprelin 28-də, saat 20:00-da start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO