“Yuventus”un futbolçusu İngiltərə klubuna keçə bilər

“Yuventus”un futbolçusu İngiltərə klubuna keçə bilər

Hazırda oxunan: “Yuventus”un futbolçusu İngiltərə klubuna keçə bilər

186892

"Yuventus"un futbolçusu Adrien Rabyo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. 

Bizim.Media xəbər verir ki, "Mançester Yunayted" və "Nyukasl" yayda İtaliya klubu ilə müqaviləsi başa çatan 29 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb. 

Hər iki klub mövsümün sonunda azad agent statusunda olacaq təcrübəli oyunçunun heyətinə qatmaqda maraqlıdır. Premyer Liqa təmsilçiləri artıq futbolçu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Adrien Rabyo 2019-cu ilin yayından "Yuventus"da çıxış edir. Fransa millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO