“Qarabağ”ın Çempionlar Liqasının I raundundakı ilk POTENSİAL RƏQİBİ

“Qarabağ”ın Çempionlar Liqasının I raundundakı ilk POTENSİAL RƏQİBİ

Hazırda oxunan: “Qarabağ”ın Çempionlar Liqasının I raundundakı ilk POTENSİAL RƏQİBİ

185099

Azərbaycan çempionu olan “Qarabağ” 2024-25 mövsümündə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində mübarizəyə qoşulacaq. 

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlərin sırasında qərarlaşacaq.

“Qarabağ”la yanaşı, ÇL-ə vəsiqəni təmin edən daha 4 komanda - HİK (Finlandiya), “Flora” (Estoniya), “Klaksvik” (Farer adaları) və “Şemrok Rovers” (İrlandiya) də güclülərin arasında olacaq.
Yalnız İslandiya təmsilçisi “Vikinqur”un səpələnməmişlərdə qərarlaşacağı dəqiqdir. Yəni Reykyavik klubu “Qarabağ”ın ilk potensial rəqibidir.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO