Futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşdi

Futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşdi

Hazırda oxunan: Futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşdi
184329
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşa millisi 2024-cü il futbol üzrə Avropa çempionatında iştirak hüququ uğrunda final pley-off matçında Uelsə qalib gəlib. Polşa yığması turnirin final mərhələsinin sonuncu iştirakçısı olub.

Bizim.Media xəbər verir ki, matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə polşalı futbolçular daha dəqiq olub - 5:4.

Təsnifat turnirinin nəticələrinə əsasən çempionatda 20 iştirakçı müəyyən edilib, 21-ci isə yarışın ev sahibi kimi avtomatik olaraq final hissəsində yer alan Almaniya komandasıdır.

Püşkatmanın nəticələrinə əsasən komandalar aşağıdakı ardıcıllıqla qruplara bölünüb:

A qrupu: Almaniya, İsveçrə, Şotlandiya, Macarıstan

B qrupu: İtaliya, Xorvatiya, İspaniya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, İngiltərə, Serbiya

D qrupu: Avstriya, Fransa, Niderland, Polşa

E qrupu: Rumıniya, Belçika, Slovakiya, Ukrayna,

F qrupu: Çexiya, Türkiyə, Portuqaliya, Gürcüstan

Qeyd edək ki, Avropa çempionatında ilk qarşılaşma iyunun 14-ü Münxen şəhərindəki “Allianz Arena” stadionunda Almaniya-Şotlandiya oyunu ilə start götürəcək. Qrup mərhələsinə iyunun 26-da Portuqaliya-Gürcüstan oyunu ilə yekun vurulacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO