Çempionlar Liqası: “Barselona” “Napoli”ni, “Arsenal” “Portu”nu sınağa çəkəcək

Çempionlar Liqası: “Barselona” “Napoli”ni, “Arsenal” “Portu”nu sınağa çəkəcək

Hazırda oxunan: Çempionlar Liqası: “Barselona” “Napoli”ni, “Arsenal” “Portu”nu sınağa çəkəcək

182166

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gələcək.

Bizim.Media xəbər verir ki, qarşılaşmalardan biri İngiltərədə, digəri isə İspaniyada keçiriləcək.

“Arsenal” Londonda Portuqaliyanın “Portu” kollektivini qəbul edəcək. “Topçular”da Yurrien Timber, qonaqlarda İvan Markano və Zaidu zədə səbəbindən meydana çıxmayacaqlar. İlk matç “Portu”nun qələbəsi ilə bitib - 1:0.

Digər oyunda “Barselona” İtaliyanın “Napoli” komandasını sınağa çəkəcək. Kataloniya təmsilçisində Alexandro Balde, Qavi və Pedri zədəlidir. Neapol klubunda isə itki yoxdur. Tərəflər arasındakı birinci görüş heç-heçə yekunlaşıb - 1:1.
Qeyd edək ki, daha əvvəl PSJ və “Bavariya” 1/4 finala vəsiqə əldə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO