“Mançester Siti” və “Real Madrid” Çempionlar Liqasının 1/4 finalına yüksəldi

“Mançester Siti” və “Real Madrid” Çempionlar Liqasının 1/4 finalına yüksəldi

Hazırda oxunan: “Mançester Siti” və “Real Madrid” Çempionlar Liqasının 1/4 finalına yüksəldi

181461

“Mançester Siti” və “Real Madrid” UEFA Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanıb.

Bizim.Media xəbər verir ki, futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İspaniyanın “Real Madrid” klubu Almaniyanın “Leypsiq” klubu ilə 1:1 hesablı heç-heçə edib və turnirin 1/4 finalına yüksəlib.

Görüş Madriddəki "Santyaqo Bernabeu" stadionunda baş tutub.

“Real Madrid”in heyətində Vinisius (65-ci dəqiqə), “Leypsiq”in heyətində isə Villi Orban fərqlənib (68). İlk oyun “Real Madrid”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqasının hazırkı qalibi İngiltərənin “Mançester Siti” klubu evdə Danimarka “Kopenhagen”inə 3:1 hesabı ilə qalib gəlib.

Bundan əvvəl Almaniyanın “Bavariya” və Fransanın “Paris Sen-Jermen” klubları Çempionlar Liqasının 1/4 finalına yüksəlib. 1/8 finalın qalan dörd cütlüyünün cavab oyunları martın 12-13-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO